Tutulmamış sözlər;
Yaşı qurumuş gözlər;
Bir balaca qorxur ürəyin sevgidən;
Seçimlərin yanlış;
Yolun səhv yerə azmış;
Anla, ibarət deyil həyat sərgidən;
Onsuz, xəyalların artıq suya düşüb;
Yadında o gün mənlə danışıb, gülüb;
Sənsizliyi ürəyimə ötürüb;
İndi ki yoxsan;
(İndi ki yoxsan);
Həyat vurub yıxır, sonra da deyir;
"Qalx görüm, hardasan?";
Duyğularımın qənimi;
Gözlər durub baxır sonlara doğru;
Bir dəfə ağlasa, damlalar isidər əlimi;
Sevgi elə bir şeydir, uğruna biz bircə an yanmasaq;
Buz kimi dondurar ürəyi;
Adını tənhalıq qoyub qapıları bir gün bağlasam;
Bu həyat oyunu bitərmi?
Onun ürəyindəki qorxu;
Sevgilərə gedən yolların;
Daha asanı yoxmu?
Qulaq asan olmur;
Sevgi bərəkətdir, ürəyi tez doyur;
Gözlər ac olanda, amma masa dolmur;
Ruhunu satın almaq;
Ruhumu satıram bax;
Xoşbəxtliyimizin cərəyanı yüksək;
Qürurumu isladıram, tax;
Dünənimi sənləmi böldüm?
Sabahımın açarını gizlətmisən harada?
Əlinə düşən hər anı məhv edən sevgililərdən;
Yox daha pis adamlar;
Deyir "canım, balım";
Qədəhə süzüb sonra içir qanın;
Qalmayıb qiyməti nə insanın;
Nə verilən vədlərin, nə vicdanın;
Həyat vurub yıxır, sonra da deyir;
"Qalx görüm, hardasan?";
Duyğularımın qənimi;
Gözlər durub baxır sonlara doğru;
Bir dəfə ağlasa, damlalar isidər əlimi;
Sevgi elə bir şeydir, uğruna biz bircə an yanmasaq;
Buz kimi dondurar ürəyi;
Adını tənhalıq qoyub qapıları bir gün bağlasam;
Bu həyat oyunu bitərmi?